L.Stroll öz vətənində podium görəcək?

Ləns Stroll bu mövsümə elə də yaxşı başlamayıb. Onun komanda yoldaşı Fernando Alonso 5 podium qazandığı halda, Strollun ən yaxşı nəticəsi 4-cülük olub.

F-1.az xatırladır ki, “yaşıllar” yeni reqlamentin ikinci mövsümündə hamını təəccübləndiriblər. Onlar 7 yarışın 5-də podiumda olublar və hazırda Mühəndislər Kubokunda üçüncü yerdədirlər.

Ancaq işlər Ləns Stroll üçün elə də yaxşı getmir. O, bu il 3 yarışdan xalsız ayrılıb və komandası Aston MArtin-in 3-cü yerə geriləməsində onun “rolu” var. Amma növbədəki yarış onun ev yarışıdır. Stroll karyerasındakı ilk xallarını burada qazanmışdı. O, keçənilki yarışda da təcrübəli komanda yoldaşı Sebastyan Fetteli qabaqlayaraq, 10-cu olmuş və komandasına çox vacib 1 xal qazandırmışdı.

Ləns Stroll bu il deyəsən yavaş-yavaş özünə gəlir. O, Barselonadakı yarışda əvvəlcə sıralanma turunda, sonra isə yarışda komanda yoldaşı Fernando Alonsonu qabaqlaya bilmişdi. Bunda ispaniyalı sürücünün yaşadığı problerin rolu olsa da, bu hal gənc sürücüyə ev yarışından əvvəl yaxşı stimul ola bilər.

Komandanın rəhbəri və eyni zamanda Ləns Strollun atası olan Lourens Stroll düşünür ki, komandası Kanadada podium qazana bilər. Əslində Kanadanın uzun düzlükləri Aston MArtin üçün elə də əlverişli olmasa da, oradakı sərt əylənmə nöqtələri “yaşıllar”ın xeyrinə ola bilər.

Komandanın sahibi Lourens Stroll da komandasından ikili podium gözləyir: “Planımız məlumdur. Ümid edirəm ki, iki sürücü ilə də podiuma yüksələrik. İnanıram ki, maşınımız Kanadada sürətli olacaq. Tras maşınımıza uyğundur. Buna görə də öz vətənimdə gözəl yarış keçirməyimizi səbirsizliklə gözləyirəm. Kanadaya problemlərimizi həll etmək üçün yeniliklər gətirəcəyimizə inanıram.

Ləns Barselonada özünü yaxşı hiss etdiyini demişdi. İnanıram ki, mövsüm bitəndə Alonso ilə bərabər səviyyədə olacaq”.

Qeyd edək ki, Ləns Stroll vətənində podiuma yüksələcəyi halda 1996-cı ildən sonra Kanadada podium görən ilk yerli sürücü olacaq. Bəs görək 24 yaşlı Ləns podiuma yüksələ biləcək? Yeni tarix yaza biləcək? Bunun üçün bazar gününü gözləməliyik.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*