L.Stroll: “Ötmə etmək çətin idi”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, komanda olaraq inkişafa davam etməlidirlər

F-1.az xatırladır ki, kanadalı sürücü Red Bull Rinqdə sıralanma turunda 18-ci olsa da, startdakı qarışıqlıqdan məharətlə istifadə edib və yekunda 10-cu olaraq, ardıcıl 3-cü yarışdan xalla ayrılıb.

Ləns Stroll: “Yarış göstərdi ki, heç nə şənbə günü bitməyib. 18-ci yerdən başlayıb, 10-cu bitirmək mükəmməldir. Bizim üçün çətin yarış oldu. İlk dövrədən sonra bir neçə yer qazandıq. Daha sonra təkərlərə və əyləclərə nəzarət etməyə çalışdım.

Maqnussenin təzyiqi altında yaxşı dövrələr vurmaq çətin olsa da, ötmə etmək asan deyildi. Bunun hesabına öndə qala bildim. Sıralanma turunda zəifliyimizin səbəbini anlamalıyıq. Bu yenidən yaşanmamalıdır. Ümid edirəm ki, ev yarışımız olan Silverstounda yaxşı nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*