L.Stroll: Oğluma inanmamışdım

Aston Martin komandasının sahibi Lourens Stroll oğlu Lənsdən razı qalıb.

F-1.az xatırladır ki, kanadalı sürücü qış testlərindən əvvəl velosiped sürərkən qolunu qırmış və əməliyyat olunmuşdu. Lakin 24 yaşlı pilot əməliyyatdan 12 gün sonra sükan arxasına keçmiş və Bəhreyndə 6-cı yeri tutmuşdu.

Lourens Stroll: “13 gün əvvəl əməliyyatda idik və Ləns mənə dedi ki, Bəhreyndə yarışacaq. Onunla razılaşsam da, ciddiyə almamışdım. Ancaq çox işlədi. Həkimlər, fizioterapevtlər hamısı əla idilər. Ləns 250 dövrəlik testləri qaçırsa da, qırıq ayaq barmağı və zədəli biləklə gözəl performans göstərdi.

Bu komanda üçün əladır. Oğlumla qürur duyuram. Beş il ərzində titul uğrunda mübarizə aparacağıq. Bu, real göstəricidir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*