L.Stroll nikbindir

Williams komandasının yeni sürücüsü Ləns Stroll testlərin ikinci günündə yerində fırlandıqdan və maşını zədələdikdən sonra işini vaxtından tez başa vurub.

F-1.az xatırladır ki, 18 yaşlı sürücü 9-cu döngənin çıxışında bolidin idarəetməsini itirərək yerində fırlanmış və çınqıllı sahəyə çıxmışdı. Amma bolid baryerlərə çırpılmamış və kanadalı sürücü boksa qayıda bilmişdi.

Amma Strollun bolidində problem əmələ gəlib və detallar dəyişdirilməli olub. Bu hal uzun çəkdiyi üçün gənc sürücü testlərin ikinci gününü vaxtından əvvəl bağlayıb.

Ləns Stroll: “Testlər hələ yeni başlayır. Buna baxmayaraq, yaxşı çıxış etdiyimi düşünürəm. Bolidə uyğunlaşmağa başladım və özümü yaxşı hiss edirəm. Hələ vaxtımız çoxdur və yaxşı işlər görəcəyimizə əminəm.

Bolidlə lazımi qədər dövrə vura bilmədim. Bir az vaxta ehtiyacım var. Amma bir problemin olduğunu düşünmürəm”.

Xatırladaq ki, Stroll 1:26.040 zaman nəticəsi ilə 7-ci olub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*