L.Stroll mövsümü major notlarla bitirmək istəyir

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Əbu Dabidə olduğu üçün xoşbəxtdir və gözəl nəticə qazanmaq istəyir.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü mövsümə pis başlasa da, Kanada yarışında ilk xallarını, Azərbaycan yarışında isə ilk podiumunu əldə etmişdi.

Ləns Stroll: “Keçən il burada komanda mənim gələn il yarışacağımı açıqlamışdı. Buna görə də burada olmaq gözəldir. Yas Marina mövsümü bitirmək üçün əla trasdır. Həzz alacağımız yarış olacaq. Ötmələr üçün də çoxlu şanslarımız olacaq. Sürətli döngələri olan trasdır və bolidi yaxşı sazlamalıyıq. Mühəndislər Kubokunda 5-ci yeri təmin etməmişik və buna görə də ən yaxşı nəticəni almalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*