F-1.az xəbər verir ki, Lənsin fikrincə, Monte Karlo küçələrində intuisiya vacib amildir.
Ləns Stroll: “Biz trasa mümkün qədər tez qayıtmaq istəyirik, lakin eyni zamanda komandadakı hər kəs Emiliya Romanya bölgəsində fəlakətdən təsirlənən insanlar haqqında düşünməyə davam edir. Biz İmolada yarışmağı sevirik, lakin hər kəsin təhlükəsizliyi birinci yerdə olmalıdır. Yarışın ləğv edilməsi ilə bağlı düzgün qərarın verildiyini qəbul edirik.
Monako Qran Prisi digərlərindən fərqli olaraq xüsusi mərhələdir. Bu trasda əlinizdən gələni etmək və maksimum konsentrasiyanı saxlamaq vacibdir, çünki hər dövrədə təqvimdəki hər hansı digər trasdan daha çox divarlara hücum etməlisən.
Monakoda uzun düzlüklər yoxdur – yalnız dar və dolama küçələrdir, buna görə də düşünməyə vaxt yoxdur – intuisiyanıza etibar etməlisiniz. Artıq qeyd etmişəm ki, belə zəngin tarixə malik trasda yarışmağı özümə şərəf hesab edirəm. Epik Monako Qran Prisi ilə bağlı çox gözəl xatirələrim var”.