F-1.az xatırladır ki, Ləns Stroll peletonda yeganə sürücüdür ki, Formula1 yarışında iştirak etməyib. 18 yaşlı sürücü keçən il Formula3-də əla performans göstərmişdi. Buna görə də kanadalının ilk yarışı hamıya maraqlıdır.
Ləns Stroll: “Avstraliya QP üçün həyəcanlıyam. Bu, mənim ilk yarışım olacaq və vacib təcrübə qazanacam. Burada əvvəl yarışmamışam. Mənim üçün yeni trasdır. Artıq çox gözləmək istəmirəm. Ancaq yarış barədə düşünürəm. Trası simulyatorda yoxladım və burada sürmək çətindir. Ümid edirəm ki, ilk yarışdan yaxşı nəticə alarıq”.