F-1.az xatırladır ki, Fernando Alonso Amerika yarışında Strolla hücum edərkən, kanadalı pilot gec həmlə edib və bolidini sola çəkib. Nəticədə böyük insident olub. Stroll yarışı dayandırıb və Alonso pitə gedərək ön qanadanı dəyişib.
Yarışdan sonra stüardlar hadisəni araşdırıblar və günahı gənc Strollda görüblər. Nəticəsə Ləns bu həftəsonu keçiriləcək Meksika yarışının startında 3 yer itirəcək. Bundan başqa onun lisenziyasına iki cəza xalı da yazılıb.