F-1.az xatırladır ki, kanadalı sürücü Amerikada yaxşı performans göstərsə də, Alonso ilə mübarizədə səhv etmiş və mübarizəni dayandırmışdı. Bu bəs deyilmiş kimi Ləns cərimələnib və Meksika yarışının startında 3 yer itirəcək.
Ləns Stroll: “Meksika trası dəniz səviyyəsindən yüksəkdir. Bunun gətirdiyi çətinliklər var və həmişə maraqlı yarışlardan olub.
Bu trasda ötmə etmək həmişə çətin olub, ancaq yeni bolidlərlə bunu dəyişdirə bilərik. Komanda son yarışlarda tempini artırıb və asfaltayapışma qüvvəsi tələb edən traslarda güclüyük. Buna görə də Meksikada yaxşı nəticə qazanacağımıza inanıram”.