F-1.az xatırladır ki, 18 yaşlı sürücü peletonda yeganə sürücüdür ki, Formula1 yarışında iştirak etməyib. Gənc sürücünün necə performans göstərəcəyi hamıya maraqlıdır.
Stroll testlərə yaxşı başlanğıc edə bilməyib və iki dəfə qəza edərək günü vaxtından əvvəl bağlayıb.
Ləns Stroll: “Felipe mənim müəllimim deyil. O da hamı kimi özü üçün yarışır və yaxşı nəticə göstərəcəyinə əminəm. Onun kimi komanda yoldaşım olduğu üçün şanslıyam. Felipe çox təcrübəlidir və mənə qatqısı çox olacaq. Onu Ferrari günlərindən tanıyıram. Ürəyiaçıq insandır və həmişə kömək etməyi sevir. Ümid edirəm ki, komanda üçün gözəl nəticələr qazanarıq”.