L.Stroll: “Massa Bottası yaxşı əvəz edəcək”

Ləns Stroll Formula1-də debüt ilində peletonun ən təcrübəli sürücülərindən Felipe Massa ilə komanda yoldaşı olacaq.

F-1.az bildirir ki, 18 yaşlı kanadalı komandanın sürücü tərkibindəki gecikmiş dəyişikliyin mövsümöncəsi hazırlıqlara təsir etməyəcəyini düşünür.

Ləns Stroll: “Əminəm ki, Felipenin qayıtmasından çox sayda azarkeş məmnundur. Mən Felipe ilə komandanın devoloper sürücüsü olduğumdan bəri əməkdaşlıq etmişəm. Bu, əla qərardır – Felipe Valtterini əla əvəz edəcək. Amma onun komandaya qayıtması mənim üçün heç nəyi dəyişmir. Mən yenə də eyni çətinliklərin öhdəsindən gəlməliyəm və əsas prioritetim mövsümə hazırlıq olaraq qalır”.

Qeyd edək ki, Ləns ötən həftə komandanın 2014-cü ildəki maşını ilə Sepanqda testlər edib və bu testlərin Avropadan kənarda yerləşən daha iki trasda davam etdirilməsi planlaşdırılır.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*