L.Stroll: Leklerə cəza düşürdü

Racing Point komandasının sürücüsü Ləns Stroll startdakı təmasa görə Leklerə cəza gözləyib.

F-1.az xatırladır ki, iki sürücü ilk dövrənin dördüncü döngəsində yan-yana gəliblər. Kanadalı pilot xarick trayektoriyadan hücum edərkən, Leklerin ön təkərinə təmas edib və yerində fırlanaraq baryerlərə çırpılıb.

Qəza stüardlar tərəfindən qeyd olunsa da, heç bir cəza verilməyib. Nəticədə Lekler yarışı altıncı yerdə bitirib.

Ləns Stroll
: “Cəza almamasına təəccübləndim. Ona çoxlu boşluq buraxdım. Döngəni xaricdən götürdüm və arxadan mənə toxundu. Bəxtim gətirmədi. Lekler bunun qarşısını ala bilərdi. Cəza almaması axmaqlıqdır. Qəza olmasa, yaxşı nəticə mümkün idi. Həmin anda yeddinci idik. Əla start aldım və təkərim də yaxşı idi. Buna görə məyusam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*