L.Stroll koronavirusa yoluxub

Racing Point komandasının sürücüsü Ləns Stroll sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu deyib.

F-1.az xatırladır ki, kanadalı sürücü Ayfel Qran Prisində iştirak etməmişdi. Yarışdan sonra Strollun koronavirusa yoluxduğu iddia edilsə də, FİA testlərin neqativ çıxdığını bildirmişdi.

Ancaq Stroll İnstaqramda etdiyi paylaşımda virusa yoluxduğunu bildirib: “Ayfel yarışından sonra koronavirus testim pozitiv çıxdı. Lakin hazırda özümü yaxşı hiss edirəm və daha sonra bütün testlərim neqativ çıxdı.

Yarışdan əvvəlki ənənəvi testim neqativ çxıdığı üçün Nürburqrinqə getdim. Şənbə günü səhər özümü pis hiss etməyə başladım. Qarın ağrısıyla oyandım. FİA-nın protokollarına riayət edərək, özümü evə qapatdım və çölə çıxmadım. Yarışmağa halım yox idi və bazar günü səhər təyyarə ilə evimə qayıtdım. Bazar günü gecə ikinci dəfə test etdirdim və nəticə pozitiv çıxdı. 10 gün ərzində özümü evə qapatdım. Lakin xəstəliyi yüngül keçirdim.

Bu həftənin birinci günü yenə test etdirdim və nəticələr neqativ çıxdı. Özümü əla hiss edirəm. Portuqaliyada yarışmaq üçün səbirsizlənirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*