F-1.az xəbər verir ki, kanadalı iş adamı komandanın qələbəyə doğru addımlar atdığını düşünür.
Lourəns Stroll: “Kimsə testlərdə şanslı olduğumuzu söylədi, amma mən cavab verdim ki, əksər hallarda şans canfəşanlıqla əldə olunur. Bir neçə il əvvəl dedim ki, çempionluq uğrunda mübarizə üçün beşillik səyahətdə olduğumuzu dedim. Bunu dediyim zaman insanlar inanmadılar, lakin o zamanki mövqeyimizi nəzərə alaraq onları başa düşə bilərəm. Ancaq dəyişiklik edə bildik. Komanda 400 işçidən 740 nəfərə qədər böyüdü. May ayında köçəcəyimiz möhtəşəm, yeni müasir bir baza qururuq.
Bütün bunların səbəbi komandanın ehtirası və mənim öncədən görmə qabiliyyətim, insanları motivasiya etmək bacarığımdır. Martin Vitmarş, Den Fellouz, Erik Blandin kimi və bizə qoşulan çox insan var. Qələbəyə doğru gedirik. Müəyyən bir missiya var və bir neçə il əvvəl qoyduğum məqsədə doğru irəliləyirik. Bəhreyndəki yarış çıxdığımız səyahətin uğurlu ilk addımı idi və mən nəticəyə görə çox qürur duyuram. Həm möhtəşəm maşın yaradan komanda ilə, həm də oğlum ilə”.