F-1.az xatırladır ki, Fernando Alonso ardıcıl üçüncü yarışda da podiuma yüksələrkən, gənc Stroll mövsümdə hələ ki, ən yaxşı nəticəsini dördüncü yeri əldə edib.
Ləns Stroll: “Düşünürəm ki, üçüncü və dördüncü yerlərə sevinməliyik – komanda üçün əla nəticədir. Yarışın gedişatına qırmızı bayraqlar və bir neçə böyük insident çox təsir etdi, lakin Fernando və mən bu dramatik yarışda problemlərdən kənarda qala bildik.
İlk dövrədə bir az təmas yaşadım, amma sonra ilk qırmızı bayraqlara qədər yaxşı yarış keçirdim. Biz artıq həftəsonu ərzində görmüşdük ki, təkərlərin isinməsi bir qədər vaxt aparır. Buna görə də restartdan sonra çınqıllığa çıxdım. Xoşbəxtlikdən, bundan əvvəl növbəti qırmızı bayraqlar artıq peyda olmuşdu və mən son startdan əvvəl öz mövqeyimi bərpa etdim. Bəzən idman emosional yelləncəyə çevrilir!
Ümumilikdə deyə bilərik ki, xaotik yarışda xeyli xal qazanmışıq. Mühəndislər kubokunda üç mərhələdən sonra ikinci yerdə olmaq çox müsbət nəticədir”.