F-1.az xatırladır ki, 18 yaşlı sürücü bu mövsüm heç bir yarışda finiş görə bilməyib və cəmi 52 dövrə vurub. Kanadalı sürücü Avstraliyada əyləc probleminə görə, Çində Pereslə, Bəhreyndə isə Saynsla insident yaşayaraq mübarizəni vaxtından əvvəl dayandırıb.
Ləns Stroll: “Saynsla danışmadıq. Hadisə iki həftə əvvəldə qaldı və stüardlar da qərar veriblər. Hazırda Rusiya yarışı barədə düşünürəm.
Bolidim indiyə qədər güclü idi və görək bu həftəsonu nə olur. Əvvəldən heç nə demək olmaz. İşimizə fokuslanmalıyıq. Hamımız özümüzə güvənirik. Öz işimizi görməliyik və yarışlara həmişəki kimi yanaşmalıyıq. İnanıram ki, hər şey bizim xeyrimizə olacaq”.