F-1.az xatırladır ki, kanadalı sürücü ABŞ yarışında Alonso ilə mübarizə apararkən yön dəyişdirmiş, daha sonra isə Braziliyada Fetteli trasdan çıxarmışdı. Buna görə də mətbuat gənc sürücünü tənqid atəşinə tutmuşdu.
Ləns Stroll: “İnsident bir yarışda baş vermişdi. Bu insident mövsümün əvvəlində 13-cü yer uğrunda mübarizə apararkən də ola bilərdi. Lakin Braziliyada sebastyan daha sürətli idi və mən yerimi qorumaq üçünhəmlə etdim. Orada məqsədim aqressiv olmaq deyildi. Sadəcə fikirləşdim ki, bacararam. Lakin gecikmişdim.
Fernando ilə olan insidentdə isə yarışırdıq. Yerimi qorumağa çalışırdım və təmas etdik. Hər yarışda bboliddən maksimumu almağa çalışıram. Bu insidentlər təsadüfdür”.