L.Stroll: İmola yeni fürsətdir

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, İmola yarışı onlar üçün yeni fürsətdir.

F-1.az xatırladır ki, Aston Martin mövsümün ilk yarışı olan Bəhreyndə sadəcə 1 xal qazanmışdı.

Ləns Stroll: “İmola keçən il yaxşı keçmişdi. Burada qaçış zonaları çox azdır. Buna görə də risk almaq çətindir. Hər şeyi düzgün etmək lazımdır.

Bəhreyn yarışından daha yaxşı nəticə gözləyirdik. Buna görə də İmola bizim üçün yeni fürsətdir. Həftəsonu ərzində yaxşı iş görərək, maksimum nəticə qazanmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*