F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə qəza edən sürücünün bəxtsizliyi sıralanma turunda da davam edib.
Ləns Stroll: “Sıralanma turunun ilk sessiyasında hidravlika problemi yaşadıq və sıralanma turunu vaxtından əvvəl bitirməli oldum. Amma çətinliklərə baxmayaraq, burada sürməkdən həzz alıram. Monako xüsusi yerdir. Sessiyanı bu qədər tez bitirdiyim üçün məyusam, lakin önümüzdə uzun yarış var. Bolidimiz Monako üçün sürətli deyil və buna görə də rəqiblərimizdən geri qalırıq. Amma təslim olmayacağıq”.