L.Stroll: Həyəcanverici dövrdür

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, bu il podium uğrunda mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, Aston Martin komandası yeni bolidləri AMR23-də inqilabi dəyişikliklər edib.

Ləns Stroll: “Bu, həyəcanvericidir. Bolid üstündə çox işlədik və yeni fikirlər ortaya atıldı. Son 1 ildə bu fikirləri gətirən çoxlu işçilər transfer etdik. Məncə, komanda üçün də həyəcanverici dövrdür.

Builki hədəfimiz hər həftə xallar uğrunda mübarizə aparmaq və bəzən podiuma yüksəlməkdir. Son illər çox çətin keçdi. 2020-ci ildə podiumlar və xallar uğrunda mübarizə aparırdıq, eyni zamanda poul qazanmışdıq. Əgər yenidən yüksək xallar uğrunda mübarizə aparsaq, bizim üçün uğurlu mövsüm olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*