F-1.az xatırladır ki, kanadalı sürücü keçən il Avropa Formula3 seriyasında çempion olub və bu il Formula1-də Williams komandasının tərkibində debüt edəcək.
Ləns Stroll: “Yeni mövsümün başlamasını səbirsizliklə gözləyirəm. Bunu uzun illərdir ki, gözləyirdim və artıq qısa müddət ərzində ilk yarışıma çıxacam. Yeni reqlamentə görə fiziki cəhətdən çətinlik çəkəcəyik. Buna görə də qışda çoxlu idman etdim. Mənə kömək edənlərə təşəkkür edirəm. Ümid edirəm ki, debüt mövsümümdə yaxşı nəticələr qazanaram. Amma hazırda bütün yarışlara tək-tək fokuslanacam. Debütant olduğum üçün hamının diqqəti məndə olacaq, amma bununla bacara bilərəm”.