L.Stroll: Hər şey yaxşı işlədi

Aston Martin artıq çəkiliş günü ərəfəsində yeni maşınını həm nəm, həm də quru asfaltda sınaqdan keçirməyə fürsət tapıb.

F-1.az xəbər verir ki, kanadalı sürücü səhər AMR23-ün sükanı arxasına keçib və sulu trasda 17 dövrə vurub.

Ləns Stroll: “AMR23-ü ilk dəfə sürmək xüsusi bir məqamdır. Maşın yaxşı idarə olunur və bütün sistemlər gözlənildiyi kimi işlədi – heç bir problem yox idi. Bu, Bəhreyndəki testlərdən əvvəl çox vacibdir.

Mövsümün əvvəlində maşın haqqında öyrənəcəyimiz çox şey olduğunu bilirik, lakin səhər yaxşı başladıq və mən sükan arxasına qayıtmaqdan həzz aldım. Qış fasiləsindən sonra sağ ayağınızla yeni Formula1 bolidinin kokpitinə qalxmaqdan gözəl heç nə yoxdur!”
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*