F-1.az xatırladır ki, kanadalı sürücünün cari mövsümdə ən yaxşı nəticəsi Rusiya yarışındakı 11-cilik olub. Debütant sürücü 4 yarışda isə damalı bayrağı görə bilməyib.
Ləns Stroll: “İnkişafa ehtiyacım var. Hədəfim bu yöndədir. Yer tutmaq əsas deyil. Məsələn, Kanadada xal almalıyam demirəm. Bu, səhv yanaşma olar. Kanadada zəif olduğum yerlərdə inkişaf etməliyəm. Daha sonra ümid edirəm ki, xal qazanacam. Mən belə işləyirəm. Nəticəni düşünməkdənsə, nəticəni gətirəcək addımlar atıram. Bütün karyeram ərzində belə işlədim”.