F-1.az xatırladır ki, kanadalı sürücü Şarl Leklerin cəza alması ilə Ştiriya yarışına 12-ci yerdən başlayacaq.
Ləns Stroll: “Sonda nə oldu bilmirəm. İkinci sessiyada zəiflədik. Asfaltla ilişmə azalmışdı və nəticəmi yaxşılaşdıra bilmədim. Sıralanma turuna yaxşı başladım. İlk sessiyada hər şey yaxşı idi və ikinci sessiyaya keçə bildim. Lakin sonuncu dəst təkərdə asfaltla ilişmə azaldı və rəqiblərimiz sürətləndilər. Problemin səbəbini araşdırmalıyıq”.