F-1.az xatırladır ki, kanadalı sürücü Bakıda 8-ci olub 4 xal qazansa da, digər yarışlarda xalsız qalıb.
Lourens Stroll: “Williams hələ istənilən səviyyədə deyil. Amma mən bolidə və sürücülərə güvənirəm. Yenidən yüksəlişə keçəcəklər. Hazırkı vəziyyətdə sürücülərə yüklənmək doğru olmaz. Bolid rəqabətədavamlı olmasa da, üzərində iş gedir. Barselonadakı qış testlərində çətin idi və artıq 5 yarış geridə qalıb. Amma yenə də çətin vəziyyətdəyik. Bəzi şeylər qaydasında deyil və belə boliddə sürücülərdən uğur gözləmək olmaz. Mən idarə heyətinin üzvü deyiləm. Sadəcə Strollun atasıyam. Bolidi təkmilləşdirmək üçün atdıqları hər addımı dəstəkləyirəm. Ümid edirəm ki, tezliklə güclənərlər”.