F-1.az xatırladır ki, kanadalı sürücü Ostində 12-ci olmuş və xalsız qalmışdı.
Ləns Stroll: “Amerika və Meksika yarışlarının arasında boş həftə olması yaxşıdır. Bunun hesabına istirahət etdim və güc topladım. Amerika yarışı istədiyimiz kimi getməsə də, yarış tempimiz yaxşı idi. Meksikada yaxşı sıralanma turu keçirib, xal uğrunda mübarizə aparmağı hədəfləyirik.
Meksikada dövrə çox qısadır, ancaq uzun düzlüklər var. Hava kisəsindən istifadə edib yaxşı yarışa bilərik”.