F-1.az xatırladır ki, Stroll keçən il Avropa F3 çempionatında rahatlıqla çempion olmuş və Williams komandası 18 yaşlı sürücünü komandaya transfer etmişdi. Bəzi mütəxəssislır bu transferdə Lənsin milyarder olan atası Lourens Strollun böyük payı olduğunu deyirlər və gənc kanadalının Formula1-də ilk çıxışları bu iddialara dəlalət edir.
Ləns Stroll: “Məncə, Formula1 paddokunda bütün sürücülər bir-birlərinə hörmət edirlər. Hamısı aşağı seriyalarda uğurlu olublar və bunun önəmini bilirlər. Amma haqqımda çıxan tənqidləri normal saymıram. Nəticədə insanlar danışmağa yer axtarırlar. Önlərinə bir mövzu çıxan kimi şərh verirlər. Hamısı paxıllıqdandır. Buna görə dətənqidlərə qarşı müdafiə olunmaq məcburiyyətini özümdə hiss etmirəm”.