F-1.az xatırladır ki, kanadalı sürücü son cəhdində sürətli gəlsə də, 22-ci döngədə səhv etdiyi üçün sıralanma turunda 6-cılıqla barışıb. 24 yaşlı pilot yarışa 5-ci yerdən başlayacaq.
Ləns Stroll: “Dövrəm yaxşı idi, amma 22-ci döngədə səhv etdim. Bolidin arxası sürüşdü və vaxt itirdim. Əsəblərim pozuldu.
Bəhretndəki tempimizi Ciddəyə də daşıdıq və xoşbəxtəm. Bəhreyndən fərqli trasda da güclüyük və sevinirəm. Bura Bəhreyndən çox fərqlidir.
Elə bil ki, 2020-ci ilə qayıtmışıq. Yenidən ilk 5 yer haqqında düşünürük və bu gözəl haldır. Çox əylənirəm”.