F-1.az xatırladır ki, Racing Point komandası bu il ilk qələbəsini qazansa da, mövsümü dördüncü yerdə bitirib.
Ləns Stroll: “Bu il bolidimiz çox güclü idi. Komanda bolidi təkmilləşdirmək üçün çox işlədi. 2019-cu ilə nisbətən çox inkişaf etdik. Mühəndislər çempionatındakı vəziyyətə baxanda bunu görürük. Həmin il yeddinci olduq. Keçən il isə üçüncü yer uğrunda mübarizə aparırdıq.
Mənimçün elə də yaxşı mövsüm deyildi. Düzdür, yaxşı anlarımız oldu. Türkiyədəki poul əla idi və il ərzində iki dəfə podiuma yüksəldim. Lakin daha çox qazana bilərdik. Çox xal itirdik. Macarıstanda da şanaımız var idi, amma yağışlı hava işləri korladı və 4-cü olduq. Tempimiz üçüncü yerə nisbətən yaxşı idi. Lakin Türkiyəfə fürsəti əldən verdik. 30 dövrə lider olsaq da, yekunda 9-cu yeri tutduq. Hələ koronavirusa da yoluxdum. Bu il çox şansı qaçırdıq. Lakin bu, idmanın bir hissəsidir”.