L.Stroll: “Fransanı sevmirəm”

Bu mövsüm yeganə xallarını Bakıda alan Ləns Stroll bildirib ki, Pol Rikar trasını sevmir.

F-1.az xatırladır ki, Fransa Qran Prisi 10 ildən sonra Formula1 təqviminə Pol Rikar trası ilə qayıdır və peletondakı bütün sürücülər bu trasda ilk dəfə Formula1 yarışına çıxacaqlar.

Ləns Stroll: “Formula3-də yarışdığım dövrlərdən Pol Rikar trasını tanıyıram. Burada qalib gəlmişdim, amma düzünü desəm, bu trası sevmirəm. Hər yerdə təhlükəsizlik zonaları var və onları sevmirəm. Amma bu trasda daha əvvəl yarışdığım üçün sevinirəm. Yeni trasda sürməyi öyrənmək çətin olur. Bu il çətin yarışlar keçirdik və bolidin bunda böyük rolu var. Lazımi yenilikləri gətirib rəqabətədavamlı olmalıyıq. Ümid edirəm ki, xal qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*