F-1.az bildirir ki, Force İndia-nın maliyyə problemləri olduğu üçün batacağı deyilirdi. Komanda erkən ödəmə almaq üçün Formula1 rəhbərliyi ilə danışıqlar aparsa da, digər komandalar bunun qarşısını almışdı.
Autobild xəbər verir ki, Lourens Stroll çəhrayı rəngli komandanı Vicey Malya, Subrata Roy və Miçel Moldan satın alıb. Qeyd edək ki, Lourens oğlu Lənsin yarışması üçün Williams komandasına sərmayə qoyur. Amma Britaniya təmsilçisinin zəif performansı kanadalı biznesmeni narahat edir. Force İndia-nın performansını və hazırkı maliyyə çətinliyini nəzərə alsaq, Strollun komandanı satın alması təəccüblü deyil.