L.Stroll Force İndia komandasını almaq istəyir?

Yay fasiləsi müxtəlif şayiələrin çox yayıldığı dövrdür. Lakin onlardan bəziləri insanı düşünməyə vadar edir. İtaliaracing nəşri yazır ki, belə söz-söhbətlərdən biri də Macarıstan Qran Prisi ərəfəsində yaranıb.

Deyilənlərə görə, kanadalı milyarder, Ləns Strollun atası Lourens Stroll Force İndia komandasını ala və Williams-la əməkdaşlığı dayandıra bilər.

F-1.az xatırladır ki, Ləns Stroll bu il Williams komandasının tərkibində Formula1-də debüt edib. Bunda atasının komandaya 80 milyon dollar dəyərində maliyyə dəstəyi verməsinin böyük rolu olub. Lakin Lourensin gələcək planlarını yenidən gözdən keçirməyə hazır olduğu bildirilir. Hətta tərəflər arasında qiymət danışıqlarının başlandığı da iddia edilir. Bu məsələnin arxasında siyasi motivlər də ola bilər. Çox güman ki, Force İndia-nın hazırkı rəhbəri Vicey Malyanın vəziyyəti Liberty Media-nı qane etmir. Onun Hindistana ekstradisiya edilməsi gözlənilir və haqqında həbs qərarı var. Lakin Vicey Britaniyanı tərk edə bilməz. Onun gələcək taleyi yerli orqanarın ədalətindən asılıdır.

Kanadalı iş adamı isə Force İndia üçün ideal fiqur sayıla bilər. Komandanın satıla biləcəyi barədə söz-səhbətlər çoxdan gəzir və Lourens maddi imkanları ilə bir çox şey edə bilər. Bu ssenari reallaşarsa, pilot bazarında hərəkətin artması qaçılmaz olacaq. Ləns atasının komandasına keçə, Force İndia-nın indiki sürücüləri isə WIlliams-a üz tuta bilərlər. Felipe Massa çox güman ki, karyerasını bitirəcək. Onun yerinə isə Sauber-dən ayrılacağı getdikcə dəqiqləşən, Mercedes tərəfindən dəstəklənən Paskal Verlyayn da gələ bilər.

Bunlar hələ ki, şayiədir. Lakin bir qədər dərindən düşünəndə görürük ki, reallaşma ehtimalı çox yüksəkdir…

 

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*