L.Stroll Fetteli zəif adlandırıb

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, özünə Fetteli yox, Lyuis Həmiltonu nümunə götürür.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan yarışında bolidini Lyuis Həmiltonun üzərinə sürmüş və daha sonra isə Sinqapur yarışının startında Ferstappenlə toqquşaraq, iki vacib qələbədən olmuşdu.

Ləns Stroll: “Keçənilki çempionluq yarışında Lyuisin necə soyuqqanlı olduğunu gördük. Fettel isə çökdü. Həmiltonun maşını həmişə yaxşı getmirdi. Mercedes bir neçə yarışda problem yaşasa da, Lyuis boliddən maksimumu çıxararaq yaxşı xallar qazandı. Bütün mövsüm ərzində stabil idi. Hər həftəsonu xallar qazana bildi. Onun qarşısında baş əyirəm. Uğura layiqdir. Çox istedadlıdır. Ümid edirəm ki, onun uğurunun yarısını qazanaram”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*