L.Stroll: “Ferstappen gənc sürücülərin yolunu açdı”

Williams komandasının yeni sürücüsü Ləns Stroll bildirib ki, Maks Ferstappenin Formula1-də göstərdiyi performans gənc sürücülərin Formula1-ə yolunu açıb.

F-1.az xatırladır ki, Maks Ferstappen 2014-cü ildə F3 çempionatını 3-cü yerdə bitirmiş və 2015-ci ildə Toro Rosso komandası ilə Formula1-də debüt etmişdi. Formula1 tarixinin yarışan, xal alan, podiuma çıxan və qələbə qazanan ən gənc sürücüsü olan Ferstappen Ginnesin Rekordlar Kitabına düşmüşdü.

Williams gələn il 18 yaşlı Stroll ilə yarışacaq və peletondakı ən gənc sürücüsü kanadalı sürücü olacaq.

Ləns Stroll: “O, gənc sürücülərə Formula1-in yolunu açdı. O göstərdi ki, gənc sürücülər Formula3-dən Formula1-ə keçə biləcək istedaddadırlar”.

Stroll Ferstappenlə müqayisə olunmaq istəmir: “Hamının öz tərzi var. Heç kimlə müqayisə olunmaq istəmirəm. O, Maks Ferstappendir, mən isə Ləns Stroll. Maks idmana gələndə komanda yoldaşı debütant sürücü idi. Mənim komanda yoldaşım isə təcrübəli sürücüdür. Bu doğru müqayisə olmaz. Bütün günü bu barədə danışa bilərik, amma mən özümə fokuslanıram.

Gənc sürücülərlə işləməyi bilən komandada çıxış edəcəm. Bu, mənim üçün çox vacibdir və onlardan çox şey öyrənə bilərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*