L.Stroll Dünya Çempionu olmaq istəyir

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, əsas hədəfi Formula1-də Dünya Çempionu olmaqdır.

F-1.az xatırladır ki, kanadalı sürücü 2014-cü ildə İtaliya F4, 2015-ci ildə Toyota Racing Series, 2016-cı ildə isə Avropa F3 seriyalarında güclü performans göstərərək dünya çempionu olub.

2017-ci ildə Williams komandası ilə Formula1-də debüt edən 19 yaşlı sürücü mövsümə pis başlasa da, Azərbaycanda podiuma yüksələrək, tənqidçiləri susdura bilmişdi.

Ləns Stroll: “İstedadımdan xəbərdaram. Burada olmağımın səbəbi budur. İlk mövsümümdə təcrübə qazanmağa çalışdım və heç kim gözləmədiyi anda podiuma yüksəldim. Əlimə fürsət düşəndə istifadə etdim. Heç bir fürsəti əldən vermədim. Bu il əsas vəzifənin öhdəsindən gəldim.

Formula1-də yarışmaq mükəmməldir. Burada əsas hədəfim çempionluqdur. Bunu edə bilərəm. Çox gəncəm və çox şey öyrənməliyəm. Özümə inanıram. Burada uzun illər qalmaq istəyirəm. İkinci mövsümümdə daha güclü olacam. Komandanı tanıyıram. Tamamilə yeni bolidə sahib olacam və özümü təkmilləşdirməliyəm. Artıq sazlanmalar mövzusunda daha yaxşıyam və təkərləri də tanıyıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*