L.Stroll cərimələnib

Aston Martin komandasının sürücüsü Ləns Stroll sıralanma turunda Nikolas Latifi ilə təmas yaşadığı üçün startda 3 yer itirəcək.

F-1.az xatırladır ki, iki sürücü sıralanma turunun birinci sessiyasında təmas yaşayıblar və nəticədə hər iki gənc pilot yolda qalıb. Sıralanma turu bitən kimi stüardlar iki kanadalı pilotu otağına çağırıblar. Araşdırmalardan sonra günahın Ləns Strolda olduğunu görən hakimlər, Aston Martin komandasının sürücüsünə startda 3 yer itirmək cəzası veriblər. Lakin bu cəza Strolla təsir etməyəcək, çünki o, sıralanma turunda axırıncı yeri tutmuşdu. Bundan başqa Strollun lisenziyasına iki cəza xalı yazılıb.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*