F-1.az xatırladır ki, kanadalı sürücü sona 3 dövrə qalmış Qasliyə hücum edərkən, ona arxadan təmas edib və fransalı pilot yerində fırlanıb. Yarışdan sonra insident stüardlar tərəfindən araşdırılıb və Strollun nəticəsinə 10 saniyə əlavə edilib. Bununla yanaşı gənc sürücünün lisenziyasına 2 cərimə balı yazılıb. Beləliklə, Ləns son 12 ayda 8-ci cərimə balını alıb.
L.Stroll cərimələnib
Aston Martin komandasının sürücüsü Ləns Stroll rəqibi Pyer Qasli ilə təmas yaşadığı üçün cərimələnib.