F-1.az xatırladır ki, kanadalı sürücü Braziliyadakı üçüncü sərbəst yürüşlərdə yavaşlayaraq bolidini saxlamalı olub. Komanda bolidi təftiş etdikdən sonra ötürmələr qutusunu dəyişdirmək qərarına gəlib. 19 yaşlı sürücü eyni zamanda yeni mühərriyə keçəcək. Amma gənc sürücü əvvəl istifadə etdiyi mühərriklərdən birinə keçdiyi üçün buna görə cərimələnməyəcək.
L.Stroll cərimələnib
Williams komandasının sürücüsü Ləns Stroll sıralanma turundan əvvəl ötürmələr qutusunu dəyişdirdiyi üçün yarışın startında 5 yer itirəcək.