F-1.az xatırladır ki, fransalı sürücü sürətli dövrədə olan zaman son döngədə qarşısına Stroll çıxmışdı. Qrojan kanadalı sürücüyə çırpılmamaq üçün tras xaricinə çıxmalı olmuşdu.
Stüartlar araşdırmadan sonra günahın Strollda olduğunu təyin ediblər və 18 yaşlı sürücünü startda 3 yer itirməklə cəzalandırıblar. Qeyd edək ki, kanadalı sürücü sıralanma turunda 17-ci olub və cəzaya baxmayaraq, Maqnussen, Hülkenberq, Hartli və Ferstappenin cəzalarına görə yarışa 16-cı yerdən başlayacaq”.