F-1.az xatırladır ki, Aston Martin 6-cı yer uğrunda Alfa Romeo ilə mübarizə aparır.
Ləns Stroll: “İnterlaqos qeyri-adi ab-havası olan gözəl trasdır. Köhnə tərzlidir və səhv etmədiyiniz halda sizi mükafatlandıran döngələri var. Bu həftəsonu bolidimizdən ən yaxşı maksimumu alsaq, yaxşı xallar qazana bilərik. Bizim sprint yarışımız da var. Burada ötmələr də mümkündür. Bu da bizə fürsətlər verəcək”.