L.Stroll: “Bolidim qırıldığı üçün xalsız qaldım”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, bolidində problem olduğu üçün yaxşı performans göstərə bilməyib.

F-1.az xatırladır ki, kanadalı sürücü Britaniya yarışına 16-cı yerdən başlasa da, startda 12-ci yerə qədər yüksəlmişdi. Lakin sonradan bolidin deflektoru qırıldığı üçün yarışı 14-cü yerdə bitirməli olub.

Ləns Stroll: “Pis gün idi. Yaxşı start alıb 12-ci yerə qədər yüksəlmişdim. Pit-stopdan sonra da yaxşı idi, amma bolidi zədələdim və deflektor qırıldı. Boliddə bəzi şeylərin pis işlədiyini hiss etdim. Düşündük ki, təkərlər pis vəziyyətdədir və pitə girdik. Lakin vəziyyət elə deyildi. İşlər daha da çətinləşdi. Yarışı bitirsəm də, problemlər hər şeyi məhv etdi. Artıq Macarıstan yarışına fokuslanmışam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*