L.Stroll: Bir az ağrıyıram

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, bir az ağrısı var.

F-1.az xatırladır ki, kanadalı sürücü keçən ay İspaniyada velosiped sürərkən qəza etmiş və qolunu zədələmişdi. Buna görə də qış testlərini buraxmalı olmuşdu.

Onun Bəhreyndə də yarışması sual altında olsa da, o, özünü ilk yarışa çatdıra bilib və sıralanma turunda yaxşı 8-ci olub.

Ləns Stroll: “Hər şey qaydasındadır və özümü yaxşı hiss edirəm. Təbii ki, ağrıyıram, çünki 12 gün əvvəl qolumdan əməliyyat olundum. Yenə də həkimlər yarışmağıma icazə verdilər. Ağrıya dözə bilərəm. Burada olduğum üçün sevincliyiəm. Əgər keçən həftə biri mənə burada yarışçma ehtimalımın 1 faiz olduğunu desəydi, bunu qəbul edərdim. Bundan 12 gün əvvəl əməliyyatdan çıxmışdım. Qəzadan 2 həftə keçib.

İki əlimi də tərpədə bilmirdim. Sağ ayağımın baş barmağı da qırılmışdı. Yəni vəziyyət pis idi. Hazırda isə xoşbəxtəm.

Hər dövrə özümü daha da yaxşı hiss edirəm və əllərimə güvənurəm. Axır ki, yaxşı rıtm tutdura bildim. Yarışda daha da yaxşı olacağam. İşlər getdikcə yaxşılaşır və artıq narahat deyiləm. Yarışı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*