F-1.az xatırladır ki, 18 yaşlı sürücü Avstraliyada əyləc probleminə görə, Çində isə Peresin təmasına görə mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.
Ləns Stroll: “Çin və Bəhreyn yarışları ilə Formula1 karyeramda ilk dəfə ardıcıl yarışacam. Buna görə də mənim üçün gərgin proqram olacaq. Amma Bəhreyndə daha əvvəl yarışmışam. Burada rahat nəfəs ala bilərəm.
Küləklər bəzən səhradan qum gətirdiyi üçün tras sürüşkən olur. Müasir trasdır. Bəzi yerləri enişli-yoxuşludur və başqa traslar kimi müxtəlif çətinlikləri var. Yenidən oraya qayıdacağım üçün sevincliyəm və yarışı səbirsizliklə gözləyirəm. Bir dənə çəmənliyi olmayam səhra trası olsa da, sərin yerdir. Burada həmişə gözəl yarışlar olub və bu həftə də eynisini gözləyirəm”.