L.Stroll: “Azərbaycan başlanğıc idi”

Williams komandasının sürücüsü Ləns Stroll bildirib ki, Azərbaycan Qran Prisində qazandığı podium sadəcə başlanğıcdır.

F-1.az xatırladır ki, 19 yaşlı sürücü Bakıdakı xaotik yarışda 3-cü olaraq debüt mövsümündə podium görən ən gənc sürücü statusunu qazanmışdı.

Ləns Stroll: “Debüt mövsümümdə podiuma yüksəlməyi xəyalıma belə gətirə bilməzdim. Buna görə də xoşbəxtəm. Əminəm ki, sürücü kimi hələ inkişaf edə bilərəm və öz üzərimdə işləyirəm. Yaxşı komanda ilə işləyirəm və hər şey qaydasındadır. Mənəvi və fiziki cəhətdən yeni mövsümə hazıram. Yaxşı bolid hazırlamaq üçün hamı var gücü ilə işləyir. Ümid edirəm ki, hər hansı bir mexaniki problem olmaz və gözəl mövsüm keçirərik.

Azərbaycanda özümü işimə fokuslamışdım. Bunu bütün mövsüm edə bilsəm, hər şey daha yaxşı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*