F-1.az xatırladır ki, Lourens Stroll yayda Force İndia komandasını satın aldıqdan sonra Lənsin avqustda Racing Point Force İndia komandasına keçidi gözlənilirdi.
Ləns Stroll: “Heç nə təmin olunmayıb. Hazırda yarışa fokuslanıram və həmişəki kimi əlimdən gələni edəcəm. Görək gələcəkdə necə olacaq. Hələ də Williams-ın formasını geyinirəm. Bu həftəsonu bir yarış var və işimə yüz faiz fokuslanacam.
Atamdan razıyam. Force İndia-da yaxşı fürsət gördü. Bu işi səbirlə gördü. Əllərində olan imkanla yaxşı iş görürlər. Potensialları yaxşıdır. Hazırda çətin vəziyyətdədirlər. Atam onların böyüməsinə kömək edəcək. Hazırda Williams komandasındayam və gələcəkdə nə olacaq bilmirəm. Görüm atam mənim barəmdə nə qərar verəcək. O, yaxşı adamdır. Ümid edirəm ki, məni komandasına götürər”.