L.Stroll: Artıq güclüyük

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, boliddə özünü yaxşı hiss edib.

F-1.az xatırladır ki, kanadalı sürücü qonşu ölkəsindəki sıralanma turunda yeddinci yeri tutub. O, Leklerlə Peresin cəriməsinə görə yarışa 5-ci yerdən start verəcək.

Ləns Stroll: “Boliddə özümü yaxşı hiss edirdim. Mənə güvən verdi və asfaltla ilişmə var idi. Komandaya görə çox sevincliyəm, çünki son dövrlərdə bolidi təkmilləşdirdik və şənbə günləri daha güclü oluruq.

Bolidi sürməkdən həzz aldım. Küləyə görə şərait çətin olsa da, sürmək əla idi. Bu gün yaxşı xallar almaq üçün əla yer tutmuşuq. Yarışı beşinci yerdə bitirə bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*