F-1.az xatırladır ki, Britaniya komandası bu il çox pis vəziyyətdədir. Komanda bu il cəmi bir dəfə Bakıda Ləns Strolla xal qazanıb.
Ləns Stroll: “Komanda olaraq istədiyimiz yerdə deyilik. Problemlərimiz var və bunları həll etməyə çalışırıq. Məncə, yaxşı performans göstərirəm. Bakıda xal ala bildim və yaxşı performans göstərdim. Başqa yarışlarda belə olsa da, xalsız qaldım. Sıralanma turlarında da, yarışlarda da güclü idim. Komandanın pis dövründəyik və onlar üçün də əsəbpozucudur. Artıq Formula1-in güclü sürücülərindənəm. Komanda problem yaşasa da, hər yarış daha güclü olduğumu hiss etdim. Məncə, mövsümün ilk yarısı yaxşı idi. Belə davam edib növbəti yarşlarda da yaxşı nəticə almağa çalışacam”.