F-1.az xatırladır ki, kanadalı sürücü keçən il debüt mövsümündə qış testlərində ardıcıl qəzalar etmiş və mövsümün ilk 3 yarışında damalı bayrağı görə bilməmişdi. Lakin 19 yaşlı sürücü Bakıda podiuma yüksələrək, tənqidçiləri az da olsa susdura bilmişdi.
Ləns Stroll: “Mövsüm ərzində bir sürücü kimi çox dəyişdim. İlk mövsümümdə çox şey öyrəndim. Burada Dünyanın ən yaxşı sürücülərinə qarşı yarışdım. Çox təcrübə qazandım. Formula1-də digər seriyalarda olmayan şeylər çoxdur. Çətinliklərlə qarşılaşırsınız və bunları dəf etmək çətindir. Lakin mən ilk mövsümümdə podiuma yüksələ bildim. Bəzi yarışlara birinci cərgədən başladım. Əksər traslarda ən güclü sürücülərə qarşı yarışdım. Beləliklə, sürücü kimi inkişaf etdim və çox şey öyrəndim. Formula1-də çox şey öyrənməlisiniz. Buraya uyğunlaşmaq çox vaxtımı aldı. 2017-ci Melburn yarışı ilə müqayisədə fərqli sürücüyəm”.