F-1.az xatırladır ki, Alfa Romeo geridə qalan 21 yarışda 55, Aston Martin isə 50 xal toplayıb.
Ləns Stroll: “Braziliya yarışı çətin keçdi və sonlarda xal qazandıq. Yarışın əvvəlində tempimiz zəif idi. Medium təkərlərlə yavaş idik, amma sonlarda Soft təkərlə tempimiz artdı, çünki balansımız yaxşı idi. Bir xal qazandığımız üçün xoşbəxtik. Çətin həftəsonundan sonra xal almaq gözəldir.
Yenə də Alfa Romeo-nun bir neçə xal alması çox pis oldu . Altıncı yer uğrunda onlarla yaxın mübarizədə idik. Məncə, onları qabaqlamaq mümkündür. Əbu Dabidə yaxşı yarışa ehtiyacımız var. Bəlkə də, iki maşınla da xal ala bilərik. Onları məğlub etmək üçün əlimizdən gələni edəcəyik”.