L.Stroll: Alonsoya yer qoymuşdum

Aston Martin komandasının sürücüsü Ləns Stroll bildirib ki, Alonsoya geniş yer qoyub.

F-1.az xatırladır ki, iki sürücü Amerika yarışında mübarizə apararkən Alonso rəqibinin hava kisəsinə daxil olub və hücum edib. Bu anda Stroll gözlənilmədən bolidini sola çəkib və böyük insident baş verib.

İnsidenti araşdıran stüardlar Strolla növbəti Meksika yarışının startında 3 yer itirmək cəzası veriblər.

Ləns Stroll: “Düzdür, gec hərəkət etdim, amma sürət fərqi çox idi. Harada olduğunu təxmin edirdim. Lakin onun maşınına kənardan çırpılmadım. Təmas onun ön qanadından mənim maşınımın arxasına oldu.

Trasın solunda ona geniş sahə qoymuşdum. Yəni ki, divara sıxmadım. Daha tez hərəkət edib, sola gedə bilərdi. Mənə bu qədər yaxınlaşmamalı idi.

İnsidentə fərqli formada baxa bilərsiniz. Nəticədə məyusedicidir. Təkər-təkərə mübarizə aparırdıq və təmas yaşadıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*